552 gündən sonra qələbə

552 gündən sonra qələbə

Vinus Uilyams peşəkar karyerasında 27-ci mövsümə başlayıb. O, Oklend turnirinin birinci mərhələsində Keti Volınets ilə üz-üzə gəlib.

42 yaşlı tennisçi 7:6 (4), 6:2 hesabı ilə qələbə qazanıb. 2023-cü il Vinusun ən azı bir dəfə qalib gəldiyi 29-cu təqvim ilidir.

Volınets üzərində qələbə ilə Uilyamsın “Uimbldon-2021”dən sonra ilk uğuru olub.  O, 552 gündən sonra qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 03.01.2023

Növbəti yazı

De Yonq ayrılmağa hazırdır