Sürpriz kupon – 03.01.2023
“Lester” – “Fulhem” – 1
“Lester” çempionatın fasilədən sonrakı dövrünə pis başlayıb. Brendan Rocersin komandası əvvəlcə öz meydanında “Nyukasl”dan 3 cavabsız top buraxdı. Ötən tur isə “Liverpul”a səfərdə 1:2 hesabı ilə uduzdular.
“Fulhem” isə əksinə fasilədən sonra hər iki oyununu qələbə ilə başa vurub. “Lester” bu tur da uduzsa, “təhlükəli zona”ya tərəf yuvarlana bilər. Meydan sahibləri qələbə üçün əllərindən gələni edəcəklər.
“Antalyaspor” – “Fənərbaxça” – 2
“Antalyaspor” son iki oyunda məğlub olub. “Fənər” çətin Trabzon səfərində uduzduqdan sonra ötən tur “Hatayspor”u darmadağın etdi – 4:0.
“Antalyaspor” 5 oyundur ki, “Fənərbaxça” üzərində qələbə qazana bilmir. Amma bu komandaların son görüşü heç-heçə başa çatıb – 1:1.
“Fənər” lider “Qalatasaray”dan uzaq düşməmək üçün mütləq qələbə qazanmalıdır.
“Ümraniyespor” – “Hatayspor” – QOL/QOL
“Ümraniyespor” 10 xalla hələ də sonuncu pillədədir. Lakin “Ankaragücü” üzərində son qələbədən sonra “Ümraniye” “İstanbulspor”dan cəmi 1 xal geri qalır.
“Ümraniye” son pillədə olsa da, 7-ci yerdəki “Konyaspor”la eyni sayda qol vurub – 18. “Hatay” isə Super Liqada ən çox qol buraxan 3-cü komandadır.