Hakiminin durumu sual altında

Hakiminin durumu sual altında

Mərakeş milli komandası ciddi itki ilə üzləşə bilər. Afrika təmsilçisinin ulduzu Əşrəf Hakimi zədə ilə bağlı problemlərlə üzləşib.

PSJ-nin 24 yaşlı müdafiəçisi Xorvatiya ilə DÇ-2022-nin ilk turunun matçında (0:0) ağrılar hiss edib. Buna baxmayaraq müdafiəçi görüşü sona çatdırıb. Amma Əşrəfın II turda iştirakı sual altındadır. Onun Belçika ilə noyabrın 27-dəki qarşılaşmada meydana çıxıb-çıxmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Mərakeş ilk turda Xorvatiya ilə qolsuz heç-heçə edib.

ETOPAZ

Əvvəlki yazı

Benzemanın qayıdacağı tarix müəyyənləşdi

Növbəti yazı

DÇ-2022-də növbəti qolsuz sülh