Benzemanın qayıdacağı tarix müəyyənləşdi

Benzemanın qayıdacağı tarix müəyyənləşdi

Fransa millisinin və “Real”ın futbolçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib. Zədə üzündən yığmanın DÇ-2022-dəki heyətindən çıxarılan 34 yaşlı forvardın vəziyyəti dəqiqləşib.


Madrid klubunun həkimləri artıq bombardirin müalicəsinə başlayıb. Benzemanın mundialdan sonra madridlilərin ilk çempionat matçına hazır olacağı gözlənilir. Hücumçu La Liqanın XV turu çərçivəsində dekabrın 30-da “Valyadolid”lə qarşılaşmada meydana çıxa biləcək.


Qeyd edək ki, Kərim cari mövsümdə “Real”da 12 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Kamerun ”8”ə çatdı

Növbəti yazı

Hakiminin durumu sual altında