Mbappe 4-cü yerdə

Mbappe 4-cü yerdə

2022-ci ildə milli çempionatların yüksək liqasında ən çox qol vuran futbolçular açıqlanıb. İFFHS-in tərtib etdiyi cədvələ Yau Annor başçılıq edir.

“Aşanti Qold”un futbolçusu Qana çempionatında 21 qol vurub. Boris Kopitoviç ondan bir top geri qalır. O, Sinqapurun “Tampine Rovers” klubunda fərqlənib.

Üç futbolçunun aktivində 19 top var. Argentinalı German Çano “Fluminense”də bombardirlik nümayiş etdirib. PSJ-nin ulduzu Kilian Mbappe eyni sayda qolla 4-cüdür. “Top-5”i Kodai Tanaka qapayır. O, Sinqapurun “Albireks Niqata” klubunda 19 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Alkarasla Cokoviç irəlilədi

Növbəti yazı

Beyli “Roma”dan imtina etdi