Beyli “Roma”dan imtina etdi
“Mançester Yunayted”in müdafiəçisi Erik Beyli klubdan ayrılacaq. Lakin o, “Roma”ya keçməkdən imtina edib.
28 yaşlı futbolçu italiyalıların təklifini rədd edib. Oyunçunun İspaniya çempionatına qayıtmaq istədiyi və “Sevilya” ilə danışıqlar apardığı bildirilir.