“Bavariya” 10-a çatdı

“Bavariya” 10-a çatdı

“Bavariya” ardıcıl 3-cü, tarixində 10-cu dəfə Almaniya Superkubokunu qazanıb. Münhen klubu Leypsiqdə baş tutan matçda eyniadlı komandanı məğlub edib.

Yulian Naqelsmannın yetirmələri qarşılaşmanın taleyini ilk yarıda həll edib. Camal Musiala, Sadio Mane və Bencamin Pavar hərəyə bir dəfə fərqlənib. Fasilədən sonra Marsel Halstenberq fərqi azaltsa da, Serj Qnabri “Bavariya”nın üstünlüyünü 3 topa çatdırıb. Kristoffer Nkunku və Dani Olmonun qolları leypsiqliləri ümidləndirsə də, Leroy Sane münhenlilərin qələbəsini möhkəmlədib – 5:3..

16-cı dəfə Superkubok üçün mübarizə aparan münhenlilər 10-cu dəfə qalib olub. “Leypsiq”in bu turnirdəki ilki məğlubiyyətlə nəticələnib.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”un 16-cı Superkuboku

Növbəti yazı

Depay “Yuventus” yolunda