“Liverpul”un 16-cı Superkuboku
İngiltərə Superkubokunun qalibi müəyyənləşib. “Mançester Siti” və “Liverpul”un görüşü məhsuldar alınıb.
Dörd qolun vurulduğu matçda mersisaydlılar 3:1 hesablı qələbə qazanıb. Qalib komandanın heyətində Trent Aleksandr-Arnold, Məhəmməd Salah və Darvin Nunyes, mançesterlilərdə isə Xulian Alvares fərqlənib.
Bu, “Liverpul”un 16-cı Superkubokudur. Sonuncu dəfə 2006-cı ildə mükafata yiyələnən komanda 16 ildən sonra uğur qazanıb.
Bu göstəricidə liverpullular “Arsenal”a çatıb. Yalnız “Mançester Yunayted” daha çox – 21 dəfə Superkuboka yiyələnib.