“Milan” “10”a çatdı

“Milan” “10”a çatdı

“Milan” A seriyasının 30-cu turunda “Kalyari”yə 1:0 hesabı ilə qalib gəlib. “Rossonyeri” bununla da məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.

Stefano Piolinin yetirmələri sonuncu dəfə yanvarın 17-də “Spetsiya”ya uduzub. Həmin 1:2 hesablı məğlubiyyətdən sonra bütün turnirlərdə 10 matç keçirən Milan təmsilçisi 6 qələbə qazanıb və 4 heç-heçə edib. “Milan” növbəti turda “Bolonya” ilə qarşılaşacaq. Bu görüş aprelin 3-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Messi “Monako”ya qarşı oynamayacaq

Növbəti yazı

NBA tarixinin ikincisi