Messi “Monako”ya qarşı oynamayacaq
PSJ-nin futbolçusu Lionel Messi “Monako” ilə oyunu buraxacaq. Argentinalı hücumçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
O, komanda ilə səfər matçına da aparılmayacaq. Buna səbəb Messinin soyuqdəymədən əziyyət çəkməsidir. Argentinalı bu üzdən son məşqləri də buraxmalı olub.
Bu görüşü Serxio Ramos, Ander Errera və Anhel di Mariya da buraxacaq. “Monako” – PSJ matçı martın 20-də keçiriləcək.