Sakkari Bodosanı geridə qoydu

Sakkari Bodosanı geridə qoydu

Qadın tennisçilərin reytinq siyahısı açıqlanıb. İlk “10-luq”da yeni ad olmayıb. Cədvəlin lideri dəyişməyib. Eşli Parti ən yaxın izləyicisini 2907 xal qabaqlayıb.

İkinci sırada Barbora Kreyçikova qərarlaşıb. Üçüncü pillənin sahibi Arina Sobolenko yerini qoruyub. Mariya Sakkari Paula Bodosanı arxada qoyaraq 6-cı sıraya yüksəlib.

WTA reytinq siyahısı:

1 (1). Eşli Barti (Avstraliya) – 7980
2 (2). Barbora Kreyçikova (Çexiya) – 5073
3 (3). Arina Sobolenko (Belarus) – 4853
4 (4). İqa Şventek (Polşa) – 4776
5 (5). Anett Kontaveyt (Estoniya) – 4721
6 (7). Mariya Sakkari (Yunanıstan) – 4436
7 (6). Paula Badosa (İspaniya) – 4424
8 (8). Karolina Plişkova (Çexiya) – 4242
9 (9). Qarbinye Muqurusa (İspaniya) – 3235
10 (10). Ons Jaber (Tunis) – 3065

ETOPAZ

Əvvəlki yazı

Makkenninin ayağı qırıldı

Növbəti yazı

50 minlik cərimə