Makkenninin ayağı qırıldı
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenninin durumuna aydınlıq gəlib. Çempionlar Liqasının 1/8 final mərhələsində “Vilyarreal”la görüşdə zədələnən 24 yaşlı oyunçu mövsümü erkən bitirib.
Bunu Turin klubunun baş məşqçisi Massimiliano Alleqri açıqlayıb. O, müayinədən sonra ayağında qırıq aşkarlanan ABŞ millisinin üzvünün yalnız gələn mövsüm öncəsi təlim-məşq toplanışına qatıla biləcəyini söyləyib.
Qeyd edək ki, Ueston Makkenni “Yuventus”a 2020-ci ildə “Şalke”dən keçib.