Günün kuponu – 06.03.2022

Günün kuponu – 06.03.2022

“Anderlext” – “Ostende” – 1

“Anderlext” turnir cədvəlində 4-ci pillədə qərarlaşıb. 29 oyuna 14 qələbə, 10 heç-heçə, 5 məğlubiyyətlə. Məhsuldar oyunla seçilirlər. Hər  oyuna orta hesabla  vurduqları qolların faizi 2,1 buraxdıqları 1,1-ə bərabərdir.

“Ostende” isə 29 oyuna 9 qələbə, 5 heç-heçə, 15 məğlubiyyətlə 14-cü pillədə yer alır. Statistika göstəriciləri “Anderlext”in qələbəsini göstərir.

“Mayns” – “Borussiya Dortmund” – QOL/QOL

“Mayns” 7 oyundur qonaq meydanında qalib gələ bilmir. Cəmi bir heç-heçə edib. Amma ev amilindən maksimum istifadə edir. 8 oyun, 6 qələbə, 2 heç-heçə. Öz meydanında hamıdan az 7 top buraxıb. Problemləri olan “Borussiya” keçən tur “Auqsburq”la 1:1 oynadı. Rəqib meydanında son 4 turda 3 qələbə 1 heç-heçə ilə kifayətlənib.Bu amilləri nəzərə alıb qol-qolun üzərində dayanıram.

“Elçe” – “Barselona” – 2

13-ci yerdə qərarlaşan “Elçe”də baş məşqçi Fransisko mübariz kollektiv yarada bilib. Amma rəqibin də  “Barselona” olduğunu nəzərə almalıyıq. Xavi komandaya həm oyun üslubunu həm də qələbə əzmini qaytarıb. Fikrimcə, bu qarşılaşmada qələbə “Barsa”nın olacaq.

“Mister X”dən ən son “Günün Kuponu”

Mr. X

Əvvəlki yazı

Emreli Xorvatiya çempionatında debüt etdi

Növbəti yazı

Sürpriz kupon – 06.03.2022