Sürpriz kupon – 06.03.2022

Sürpriz kupon – 06.03.2022

“Fənərbaxça” – “Trabzonspor” – QOL/QOL

 Çempionluğa doğru inamla irəliləyən “Trabzonspor” 2-ci yerdən 15 xal irəlidədir. Amma bu onları arxayınlaşdırmır. Hər oyun qələbəyə oynayırlar.

“Fənərbaxça” isə çempionatda stabil çıxış etmir. 4-ci yerdə qərarlaşıb. Axırıncı 5 oyunda 2 məğlubiyyət alıb. Belə ağır oyunda konkret kiməsə qələbə vermək çətindir. Çox düşünmədən bu oyunun proqnozu qol-qoldur.

“Mançester Siti” – “Mançester Yunayted” – QOL/QOL

“Siti” liderdir, “Yunayted” isə 4-lüyü tamamlayır. Manikunianlar  Çempionlar liqası zonasından kənar qalmaq istəmir. “Siti” son 5 oyunda 2 dəfə büdrəyib. “Sauthempton”la heç-heçə və  “Tottenhem”ə məğlubiyyət. “Sportinq”lə Çempionlar Liqasında məsələni həll etdiyindən bütün gücünü bu oyuna səfərbər edəcək.

“Siti” ardıcıl 11 ev oyununda qol vurub. Fikrimcə, bu ənənə derbidə də  davam edəcək və “Yunayted” də qol vuracaq. 

“Napoli” – “Milan” – QOL/QOL

Tərəflərin  bütün göstəriciləri demək olar eynidir. Yanlız toplarda cüzi fərq  var. Hər iki komanda liderdən 1 xal geri qalır. Son turda “Napoli” səfərdə “Latsio”nu 2:1 məğlub edib. Bununla  məğlubedilməz oyunlarının sayını 8-ə çatdırıblar: 5 qələbə, 3 heç-heçə.

“Milan”ardıcıl 2 oyundur heç-heçə edir. 11 oyunun 10-da qonaq meydançasında 2 topdan az vurmayıblar. Bütün bunları əsas götürərək oyunun qol-qolla bitəcəyini düşünürəm.

“Mister X”dən ən son “Sürpriz Kupon”

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 06.03.2022

Növbəti yazı

La Liqanın üçüncüsü