46 ilin rekordu
“Bavariya” Bundesliqanın 16-cı turunda “Leypsiq”lə qarşılaşıb. Bu oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Matçdakı top Münhen təmsilçisi mövsümdə 50-ci qolu olub. Bu qədər qolun 16 matçda vurulması son 46 ilin rekordudur.
Bu, həm də Bundesliqa tarixində ikinci belə göstəricidir. Rekord da “Bavariya”ya məxsusdur. Münhen təmsilçisi 1976-cı ildə 15 matçda 50-yə çatıb.