Sürpriz kupon – 30.07.2022
“Middlsbro” – “Vest Bromviç” – ALT 2,5
“Middlsbro” son yoxlama oyununda “Olimpik Marsel” kimi güclü rəqibi məğlub edə bildi. Amma yoxlama matçı dəqiq fikir bildirmək üçün əsaslı deyil.
Çempionatın ilk oyunu olduğundan komandalar elə də riskə getməyəcək. Ona görə də ALT 2,5 variantına üstünlük vermək olar.
HJK – “Mariehamn” – 1
HJK 33 xalla Finlandiya çempionatında 2-ci yeri tutur və lider “Kuips”dən 3 xal geri qalır.
“Mariehamn” isə 12 komanda arasında 10-cu yeri tutur.
HJK Çempionlar Liqasında “Viktoriya Plzen”ə biabırçı hesabla (0:5) uduzsa da, Finlandiyada ən yaxşılardan biridir və oyunun aşkar favoritidir.
“Ştrum” – “Zaltsburq” – QOL/QOL
“Zaltsburq” çempionata qələbə ilə başladı.
“Ştrum” isə açılış turunda bərabərə qalmışdı.
Favorit “Zaltsburq” hesab olunsa da, bu komandaların oyunları həmişə maraqlı alınır.
Bu dəfə də gərgin qarşılaşma keçə biləcəyini və hər iki tərəfin fərqlənəcəyini proqnozlaşdırmaq olar.