Azərbaycan millisi Avropa çempionu oldu
Azərbaycan mini-futbol millisi Avropa çempionu olub. Eışad Quliyevin baş məşqçisi olduğu komandamız Slovakiyada təşkil olunan AVRO-2022-nin final matçında Rumıniya ilə qarşılaşıb.
Koşitse şəhərində keçirilən həlledici oyunun taleyini bir qol həll edib. Seymur Məmmədovun 25-ci dəqiqədə vurduğu qol millimizə 1:0 hesablı qələbə qazandırıb.
Bununla da yığmamız qrupda aldığı 0:2 hesablı məğlubiyyətin revanşını alıb. Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.