Marrey yenidən finalda

Marrey yenidən finalda

Endi Marrey Ştutqartdakı turnirin finalına yüksəlib. O, yarımfinalda Nik Kiriosa qalib gəlib – 7:6, 6:2.

Endi 2017-ci ildən sonra ilk dəfə il ərzində minimum iki final oynayacaq. O, yanvarda Sidneydə də finala qədər irəliləyib.

Marrey 2016-cı ildə keçirilən “Uimbldon”dan sonra ilk dəfə ot örtükdə həlledici matça vəsiqə əldə edib. Belə örtükdə 10-cu, ümumilikdə 70-ci dəfə final oynayacaq tennisçi reytinqdə “Top-50”yə qayıdacaq.

ETOPAZ

Əvvəlki yazı

Karridən unikal effektlilik

Növbəti yazı

Azərbaycan millisi Avropa çempionu oldu