Günün kuponu – 12.06.2022
İspaniya – Çexiya 1
Tərəflərin 1 həftə ərzində 2-ci qarşılaşması. Praqadakı ilk oyunda qalib olmamışdı – 2:2. İspanlar ardıcıl 2 heç-heçədən sonra ötən tur İsveçrəni məğlub edib. Fikrimcə, bu dueldə Çexiyanın xal qazanmaq şansı yoxdur. Oyun 1 variantı real görünür.
Şimali İrlandiya – Kipr 2,5 ALT
Bu komandaların 1 həftə əvvəlki oyunu qolsuz bitmişdi. Qrupda hər iki millinin 1 xalı var. Qol vurmaq potensialları hər ikisində aşağı qiymətləndirilir. Bu matçda da qeyri-adi nəsə gözləmirəm, məncə, 2,5 alt bu qarşılaşmanın “boynuna biçilib”.
İsveçrə – Portuqaliya QOL/QOL
Ötən həftə İsveçrə Portuqaliya səfərində ağır məğlubiyyətlə üzləşdi – 0:4. Yəqin ki, revanş üçün “alışıb-yanırlar”. Hazırda İsveçrə qrupda sonuncu yerdədir. 3 oyundan 7 xal yığan Portuqaliya isə qrupun lideridir. İlk turlar göstərir ki, Millətlər Liqası oyunlarında sürprizlər çox olur. Risk etmədən bu oyunun ən doğru proqnozu kimi qol-qol variantını seçirəm.