Ən bahalı gənc futbolçular

Ən bahalı gənc futbolçular

18 yaşadək futbolçular ən bahalı transferləri açıqlanıb. Siyahıda 10 ən dəyərli keçid yer alıb.

Cədvələ “Real”ın yeni transferi Endrik başçılıq edir. 16 yaşlı istedad üçün “Palmeyras”a 72 milyon avro ödənilib. O, “Real”a 2024-cü ildə, 18 yaşı tamam olanda qoşulacaq. Endriklə 2027-ci ilədək müqavilə imzalanacaq. Bu anlaşma sonradan daha 3 il uzadıla bilər.

1. Endrik (“Palmeyras”dan “Real”a) – 72 milyon avro

2-3. Rodriqo (“Santos”dan “Real”a) – 45 milyon avro

Vinisius Junior (“Flamenqo”dan “Real”a) – 45 milyon avro

4. Fabio Silva (“Porto”dan “Vulverhempton”a) – 40 milyon avro)

5. Lük Şou (“Sauthempton”dan “Mançester Yunayted”ə) – 37,5 milyon avro

6. Ueyn Runi (“Everton”dan “Mançester Yunayted”ə) – 37 milyon avro

7. Renatu Sanşeş (“Benfika”dan “Bavariya”ya) – 35 milyon avro

8. Alessandro Bastoni (“Atalanta”dan “İnter”ə) – 31,1 milyon avro

9-10. Eduardu Kamavinqa (“Renn”dən “Real”a) – 31 milyon avro

Antonio Kassano (“Bari”dən “Roma”ya) – 31 milyon avro

ETOPAZ

Əvvəlki yazı

İlin ən yaxşı turnirləri

Növbəti yazı

Günün kuponu – 18.12.2022