Zverevdən 300-cü qələbə
Dünyanın 4-cü raketkası Aleksandr Zverev karyerasında 300-cü qələbəni qazanıb. Almaniyalı tennisçi Vyanadakı turnirin 1/8 finalında Aleks de Minauru məğlub edib – 6:2, 3:6, 6:2.
Zverev mövsümdə 49-cu dəfə qalib gəlib. O, 13 dəfə uduzub.
Karyerasında 438-ci matça çıxan Aleksandr 300 dəfə qalib gəldiyi müddətdə 138 məğlubiyyət alıb. Onun qələbə faizi 68,5 faizə bərabərdir. 24 yaşlı tennisçi 17 turnirin, o cümlədən beş “Masters” və Olimpiya Oyunlarının qalibidir.