Xavinin “Barselona”dakı debüt tarixi

Xavinin “Barselona”dakı debüt tarixi

İspaniya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Xavi keçmiş komandasının baş məşqçisi olmağa yaxındır. Qətərin “Əl-Sədd” klubunu çalışdıran mütəxəssis artıq gələn həftə yeni komandasının “sükanı arxası”na keçə bilər.

Onun noyabrın 6-da bu vəzifədə debüt edəcəyi gözlənilir. XIII turda Barselonanın eyniadlı təmsilçisi “Selta” ilə qarşılaşacaq.

Xavinin geniş məşqçilər korpusu olacağı bildirilir. Onun 6 assistenti olacaq.

Xatırladaq ki, niderlandlı baş məşqçi Ronald Kumanın istefasından sonra komanda müvəqqəti Serxi Barxuana tapşırılıb.

ETOPAZ

Əvvəlki yazı

Zverevdən 300-cü qələbə

Növbəti yazı

“Bavariya” istədiyi hücumçunu “Napoli”də tapdı