Qrizmann tilsimi qırdı
Antuan Qrizmann “Atletiko”ya qayıdışından sonra İspaniya La Liqasında ilk qolunu vurub. O, XI turun “Levante” ilə qarşılaşmasında hesabı açıb.
30 yaşlı fransalı əvvəlki 6 matçda qol sevinci yaşamamışdı. Antuan yalnız 7-ci qarşılaşmada qola sevinib.
La Liqada fərqlənməkdə çətinlik çəkən forvard Çempionlar Liqasındakı 3 matçda 3 qola imza atıb. Çempionatdakı tilsim isə yalnız 7-ci görüşdə qırılıb.