Zverev Uimbldonda olmayacaq
Aleksandr Zverev zədələnib. O, bu səbəbdən Uimbldon turnirini buraxacaq.
Tennisçi “Rolan Qarros”un yarımfinalında topuq biləyindən zədə alıb. Zverev 6-8 həftə meydanlardan kənar qalacaq.
Bildirilir ki, onun məqsədi avqustun 29-da başlayacaq “USA Open”ə qədər sağalmaqdır.