Günün kuponu – 08.06.2022
Belçika – Polşa 1
Sonuncu dəfə bu komandalar 15 il əvvəl qarşılaşıb. AVRO-2008-in seçmə mərhələsində Azərbaycan yığmasının da yer aldığı qrupda polyaklar hər iki oyunda Belçikaya qalib gəlmişdi. Ötən müddətdə Belçika dünyanın ən güclü yığmalarından birinə çevrilib. Hazırda FİFA-nın reytinqində 2-ci olan “qırmızı iblislər”in Millətlər Liqasının ilk turunda Niderlanda 1:4 uduzması gözlənilməz oldu. Fikrimcə, Roberto Martinesin komandası evdə ardıcıl 2-ci oyunda azarkeşlərini məyus etməyəcək. Oyun 1 variantının reallaşması üçün Belçika millisinin yetərincə potensialı var.
Uels – Niderland 2
Uels yığması hazırda “havalardadır”. Qaret Beyl və yoldaşları 3 gün əvvəl Ukraynanı “ölüm-dirim” matçında məğlub edərək Qətərdəki mundiala vəsiqə qazanıb. Bu, Uelsin 64 illik fasilədən sonra nail olduğu uğurdur. Yəqin ki, indi onlar bu tarixi zəfərin dadını çıxarırlar. Millətlər Liqası hayında deyillər. Lap olsalar belə, indiyədək Niderlanda qarşı keçirdiyi 8 oyunun hamısında uduzan bu komandadan sensasiya gözləmirəm. Qələbə yenə “narıncılar”ın olacaq.
İrlandiya – Ukrayna 2,5 ALT
Ukraynanın britaniyalılara qarşı “futbol savaşı” davam edir. Sadəcə, əvvəlki 2 oyundan fərqli bu matçın əhəmiyyəti azdır. Pley-off mərhələsində Şotlandiyaya qalib gəlib, Uelsə uduzan Ukrayna Qətər-2022-dən kənarda qaldı. O cür ağır, məsuliyyətli, həlledici oyundan cəmi 3 gün sonra daha bir Britaniya komandasına qarşı mübarizə aparmaq çox çətin olacaq. İrlandiya ilə ilk turda uduzduğundan xal qazanmaq üçün var gücünü sərf edəcək. Ukraynanın yorğunluğu, İrlandiyanın ultra müdafiə futbolu matçın 2,5 alt bitəcəyini təxmin etməyə əsas verir.