Sürpriz kupon – 08.06.2022
Belçika – Polşa 2,5 ÜST
İlk turda Niderlanda 1:4 uduzan Belçika millisi “yaralı aslan”ı xatırladır. Top balansını düzəltmək üçün çox qol vurmağa çalışacaqlar, bunun üçün kifayət qədər potensial da var. Amma Polşa millisi də “rahat yem” deyil. Həm də meydanda Lukaku və Levandovski kimi qoleadorlar varsa, təbii ki, ən real görünən variantlardan biri 2,5 üstdür.
Uels – Niderland QOL/QOL
Niderland millisi hər nə qədər qol vurmağı əla bacaran komanda olsa da, müdafiəsi bir elə etibarlı sayılmır. Beyl, Mur, Remsi və ya digər uelsli futbolçudan qol gözləməyə dəyər.
“Kuiaba” – “Korintians” 2,5 ALT
Braziliya A seriyasının lideri olan “Korintians” müdafiədə etibarlı oyunu ilə də diqqət çəkir. 20 komanda arasında 18-ci yerdə olan “Kuiaba” isə qol vurmaqda çətinlik çəkir: 9 oyuna cəmi 7 qol. Statistika və komandalar arasındakı səviyyə fərqi ehtiyatlı oyuna işarə edir. Belə matçlar isə adətən bol qollu olmur. 1, maksimum 2 qol.