Keyn Çarltonu keçdi

Keyn Çarltonu keçdi

İngiltərə Millətlər Liqasının ikinci turunda Almaniya ilə qarşılaşıb. 1:1 hesablı heç-heçə ilə nəticələnən oyun Harri Keyn üçün əlamətdar olub.

“Tottenhem”in hücumçusu 11 metrlik cərimə zərbəsindən bərabərlik qolunu vurub. Bu, onun yığmada 50-ci topu olub.

28 yaşlı forvard Bobi Çarltonu arxada qoyub. O, millinin ikinci ən yaxşı bombardirinə çevrilib. Rekordçu isə 119 qarşılaşmada 53 qolla “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runidir.

e-Topaz

Əvvəlki yazı

Sürpriz kupon – 08.06.2022

Növbəti yazı

De Vrey “Çelsi”nin hədəfində