“Zirə”dən ardıcıl üçüncü qələbə

“Zirə”dən ardıcıl üçüncü qələbə

Azərbaycan Premyer Liqasında III turun ikinci günü başa çatıb. Günün ikinci qarşılaşması “ASCO Arena”da keçirilib.

“Səbail” öz meydanında “Zirə”ni qəbul edib. Bakı derbisində hesabı qonaqlar açıb. Salifu Suma 15-ci dəqiqədə fərqlənib.

Meydan sahibləri fasiləyədək hesaba tarazlıq gətirib. Yadin Luqasi 31-ci dəqiqədə qol sevinci yaşayıb.

Rəşad Sadıqovun yetirmələri ikinci hissədə vurulan qolla mövsümdə üçüncü qələbəsini qazanmağı bacarıb. Bu dəfə Filipe Paxtman rəqib qapısına yol tapıb. Bu qələbə ilə xallarını 9-a çatdıran “Zirə” liderliyini qaytarıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Salahdan rekord

Növbəti yazı

Messi “İnter Mayami”də ilk kubokunu qazandı