“Zirə”dən ardıcıl 4-cü qələbə

“Zirə”dən ardıcıl 4-cü qələbə

Azərbaycan Premyer Liqasında IV turun daha bir matçı keçirilib. İkinci oyun günü Bakıda başa çatıb.

Zirədə təşkil olunan paytaxt derbisində qəsəbənin eyniadlı klubu ilə “Sabah” görüşüb. İlk üç turda qələbə qazanan Rəşad Sadıqovun yetirmələri qarşılaşmaya erkən qolla başlayıb.

Bu top görüşün taleyini həll edib. Vladislav Kulaç 3-cü dəqiqədə qonaqların qapısına yol tapıb. Bu qol “Zirə”yə ardıcıl 4-cü qələbəni qazandırıb. Sadıqovun komandası 12 xalla çempionatdakı liderliyini möhkəmlədib.

Qeyd edək ki, turun son iki oyunu sabah keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Milan” Taremidən əl çəkmir

Növbəti yazı

Pavar ”Bavariya”da məşqlərə çıxmır