Zaqadu Bundesliqa klubunda
Dan-Aksel Zaqadu “Ştutqart”a keçib. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
23 yaşlı müdafiəçi ilə müqavilə 2026-cı ilədək nəzərdə tutulub. O, komandaya azad agent statusu ilə qoşulub.
Zaqadunun Dortmund “Borussiya”sı ilə müqaviləsi ötən mövsümün sonunda başa çatıb. Fransalı Bundesliqada 67, Çempionlar Liqasında 15 matça çıxıb.