“San-Antonio”nun tələbi

“San-Antonio”nun tələbi

“San-Antonio” mərkəz oyunçusu Yakob Peltl üçün birinci raundun iki pikini almaq istəyir. Klub rəhbərliyi svinqmen Coş Robertsonu da dəyişməyə hazırdır. Texas təmsilçisi ona görə bir pik tələb edir.

Buna qədər “Spurs” Dedjonte Marreyi “Atlanta”ya göndərib. Klub rəhbərliyi qarşıdakı mövsümdə əsasən gənclərə güvənəcək.

26 yaşlı Peltl ötən çempionatda orta hesabla 13,5 xal toplayıb. O, 9,3 ribaund, 2,8 ötürmə və 1,7 blok-şota da imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Zaqadu Bundesliqa klubunda

Növbəti yazı

“Qolden Steyt” İqudalanı gözləyir