“Yuventus”da ayrılıq
“Yuventus”da ayrılıq baş verə bilər. Komandanın yarımmüdafiəçisi Ueston Makkenni qış transfer pəncərəsində klubu tərk etməyə yaxındır.
Futbolçu ilə Bundesliqa komandaları maraqlanır. Turinlilər “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçin mümkün alışından əldə etdiyi vəsaitin bir hissəsini geri qaytarmaq üçün 24 yaşlı amerikalını satmağa hazırdır.