“Yuventus” Zaniolonun agenti ilə görüşdü

“Yuventus” Zaniolonun agenti ilə görüşdü

“Roma”nın futbolçusu Nikolo Zaniolo “Yuventus”a keçməyə yaxındır. Turin klubu yarımmüdafiəçinin transferi ilə bağlı danışıqları davam etdirir.

“Qoca sinyora” artıq futbolçunun agenti ilə 3 dəfə görüşüb. İtaliya yığmasının 22 yaşlı üzvü “Milan”ın da maraq dairəsindədir. Onun keçidinin 55 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Zaniolonun “Roma” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 12.06.2022

Növbəti yazı

Ronaldo İsveçrədə oynamayacaq