Ronaldo İsveçrədə oynamayacaq

Ronaldo İsveçrədə oynamayacaq

Portuqaliya millisi İsveçrə ilə oyuna lidersiz çıxacaq. Komandanın kapitanı Kriştiano Ronaldo Millətlər Liqasının IV turunun matçını buraxacaq.

Bunu baş məşqçi Fernandu Santuş açıqlayıb. O bildirib ki, 37 yaşlı ulduz komandadan azad edilib. Həm Ronaldo, həm də Rafael Gerreyto və Joao Moutinyoya istirahət verilməsi məqsədəuyğun sayılıb. Bu üzdən də komanda səfərə 26 deyil, 23 oyunçu ilə yollanıb.

Qeyd edək ki, İsveçrə – Portuqaliya matçı bu gün keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” Zaniolonun agenti ilə görüşdü

Növbəti yazı

NBA klubunda yeni baş məşqçi