Sürpriz kupon – 12.06.2022

Sürpriz kupon – 12.06.2022

Gürcüstan – Bolqarıstan 1

Gürcü azarkeşlər üçün iyun ayı çox möhtəşəm başlayıb: onların sevimli milli komandaları 3 oyun, 3 qələbə ilə qrupda inamla liderlik edir. Xüsusən səfərdə Bolqarıstan (5:2) və Şimali Makedoniya üzərində (3:0) qələbələr fanatlar zövq verdi. futbol Bolqarıstan isə tənəzzül dövrünü yaşayır. Gürcüstan məğlubiyyətindən sonra baş məşqçi istefaya göndərilib. Müvəqqəti baş məşqçi isə hətta Cəbəllütariqlə belə bacarmadı – 1:1. Hazırki vəziyyət tamamən Gürcüstan millisinin xeyrinədir və ona görə oyun 1 variantına güvənirəm.

Norveç – İsveç QOL/QOL

Tərəflər bir-birinin oyununa yaxşı bələddir. Norveç iki səfər qələbəsindən sonra evdə Sloveniya millisi ilə 0:0 bərabərə qaldı. İsveç millisi isə son turda öz meydanında Serbiyaya minimal hesabla məğlub oldu. Skandinaviya komandalarının əksər duelləri məhsuldar keçir. Elə bu komandaların ötən həftə Norveçin səfər qələbəsi ilə bitən matçında olduğu kimi (2:1). Ona görə seçimim qol-qoldur.

Yunanıstan – Kosovo 1

Çoxdandır Yunanıstan millisi yarışlara belə uğurlu başlamır. 3 oyun, 3 qələbə. Bunda təbii ki, yeni baş məqçinin böyük əməyi var. Diqqət çəkən məqam komandanın qol buraxmamasıdır. Kosovo hər nə qədər döyüşkən komanda olsa da, məncə, səfərdə olduğu kimi evdə də Yunanıstan qalib gələcək.

“Mister X”dən ən son “Sürpriz Kupon”

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 12.06.2022

Növbəti yazı

“Yuventus” Zaniolonun agenti ilə görüşdü