“Yuventus” Depayla anlaşdı

“Yuventus” Depayla anlaşdı

“Baselona”nın futbolçusu Memfis Depay “Yuventus”a keçməyə yaxındır. 28 yaşlı hücumçu İtaliya klubu ilə razılıq əldə edib.

Niderland millisinin üzvü 2 illik müqavilə imzalayacaq. Onun illik qazancı 7 milyon avro olacaq.

Keçidin rəsmiləşməsi üçün iki klub arasında razılıq əldə edilməlidir. “Barselona”nın Memfisi hətta pulsuz buraxacağı gözlənilir. İspaniya nəhənginin rəmzi məbləğə də razılaşması mümkündür.

Qeyd edək ki, Depayın barselonalılarla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qızıl top”a 30 namizəd

Növbəti yazı

Ndombele A seriyasında