Yeni mövsümə birlikdə!

Dəyərli etopaz.az üzvləri! Artıq həm ölkəmizdə, həm də Avropada yeni futbol mövsümünə start verilib.
Azərbaycanın ilk mərc oyunları saytı ETOPAZ olaraq yeni mövsümə biz də xüsusi hazırlamışıq. Dəyərli həmkarlarım Elnur Məmmədli və Sənan Şəfizadə ilə birgə bu mövsümdə sizin “mərc bələdçiniz” və ya məsləhətçiniz olacağıq. Oyunlara birlikdə mərc edib, həyəcanı da, qazanmaq sevincini də bərabər yaşayacağıq.
Əlbəttə, adından da göründüyü kimi bu, sadəcə, bir proqnoz oyunudur və bütün təxminlərin 100 faiz özünü doğrultması mümkünsüzdür. Amma futbol və media sahəsindəki çoxillik təcrübəyə, komandaların gücünün, heyətinin analizinə, statistika, tarixi rəqabət və müqayisəli təhlilə əsaslanıb doğrulmaq ehtimalı daha yüksək olan mərc kuponlarını təqdim edəcəyik. Sizə məsləhət görəcəyimiz mərc kuponlarının doğrulmaq ehtimalını, risk dərəcəsini nəzərə alıb, onları şərti olaraq 2 yerə ayıracağıq: “Günün kuponu” və “sürpriz kupon”.
Birincidə reallaşmasına ən çox inandığımız mərc əmsallarını seçib “günün kuponu”nu tərtib edəcəyik. Təbii ki, bu kupona yatırılan məbləğ də digəri ilə müqayisədə daha çox olacaq.
“Sürpriz kupon”da isə bir oyun üçün gözlənilməz sayılacaq daha yüksək əmsallı nəticələr – bu, 1×2-dən hər hansı biri, alt/üst seçimləri və ya penalti, korner, vərəqə sayı da ola bilər – yer alacaq.
Əgər siz mərc həvəskarısızsa, nəyə görə məhz etopaz.az-ı seçməlisiz? Əvvəla, uduşunuz tam zəmamətlidir. Qazancınızın “itib-batmaq” təhlükəsi yoxdur. İkincisi, rahatlıq. Yayın istisində, qışın soyuğunda heç yerə getmədən, gecə-gündüz fərq etmədən adi telefonla etopaz.az yazıb, hesabınıza daxil ola və istədiyiniz oyuna istər matç başlamamış, istərsə də canlı olaraq mərc edə bilərsiz. Ən əsası isə hər bir etopaz.az üzvü uduşunu şənbə-bazar, bayram günü fərq etmədən, gecə saat 3-4-də belə 7/24 əldə edə bilər. Əgər sizin mərcdən qazancınız 3 AZN və daha çoxdursa, balansda olan vəsaiti dərhal bank kartınıza yönləndirə bilərsiz. Pulu çıxarmaq üçün siz yaxınlıqdakı bankomata çatmamış, etopaz.az hesabından köçürdüyünüz məbləğ artıq kartınızda olacaq. Bundan rahat və sürətli qazanc?!
Fikrimcə, qaranlıq nəsə qalmadı. Yeni mövsümün hər birimizə xeyirli-uğurlu olması diləyi ilə sizin İlkin Xəlilov.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Hücumçusu “Fənərbaxça”dan getdi

Növbəti yazı

Ardıcıl üçüncü yarımfinal