Yarımfinalçılar bəlli oldu

Yarımfinalçılar bəlli oldu

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Cavab oyunları çərçivəsində 4 qarşılaşma keçirilib.

“Liverpul” “Atalanta” ilə, “Vest Hem” isə “Bayer”lə dueldə mübarizəni dayandırıb.

“Roma” “Milan”dan güclü olub. “Benfika” Marsel səfərində üstünlüyünü qoruya bilməyib.

Qeyd edək ki, yarımfinalda “Roma” “Bayer”lə, “Atalanta” “Marsel”lə qarşılaşacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel

“Roma” – “Milan” – 2:1
Atalanta” – “Liverpul” – 0:1
“Vest Hem” – “Bayer” – 1:1
“Marsel” – “Benfika” – 1:0, pen. 4:2

ETOPAZ

Əvvəlki yazı

Şeşkoya 3 müştəri

Növbəti yazı

Konfrans Liqasında 1/4 final başa çatdı