Konfrans Liqasında 1/4 final başa çatdı

Konfrans Liqasında 1/4 final başa çatdı

Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

“Fənərbaxça” “Olimpiakos”dan revanş alsa da, cütün taleyini 11 metrlik zərbələr seriyası həll edib. 3 dəfə “ağ nöqtə”dən dəqiq ola bilməyən İstanbul klubu yarımfinaldan kənarda qalıb.

“Lill” – “Aston Villa” matçının da qalibi lotereyada bəlli olub. İngiltərə təmsilçisi daha dəqiq olaraq, yarımfinala yüksəlib. “Brügge” PAOK-u, “Fiorentina” isə “Viktoriya”nı iki oyunun nəticəsinə görə məğlub edib.

Konfrans Liqası
1/4 final, cavab oyunları
18 aprel

“Lill” – “Aston Villa” – 2:1, pen. 3:4
“Fiorentina” – “Viktoriya” – 0:0, ə.v. 2:0
“Fənərbaxça” – “Olimpiakos” – 1:0, pen. 2:3
PAOK – “Brügge” – 0:2

ETOPAZ

Əvvəlki yazı

Yarımfinalçılar bəlli oldu

Növbəti yazı

29 illik həsrət sona çatdı