Vitsel durumundan narazıdır
“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel komandadakı durumundan məmnun deyil. O, oyun müddətinin azlığından narazıdır.
Bu barədə futbolçunun atası Tyerri açıqlama verib:
“Aksel ehtiyat oyunçular skamyasında qalanda çox kədərlənir. Oynamaq istəyir, çünki o, ən yüksək səviyyədə məşq edir. Aksel Simeone ilə görüş təyin etməyi tələb edib. Kifayət qədər oynamasa, o zaman başqa variantları da düşünəcəyik”.