“Vilyarreal” “Çelsi”nin qapıçısını istəyir

“Vilyarreal” “Çelsi”nin qapıçısını istəyir

“Vilyarreal” qapı xəttini gücləndirmək niyyətindədir. “Sarı sualtılar” “Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa ilə maraqlanır.

İspaniya klubunun baş məşqçisi Unay Emeri qolkiper transferini əsas məqsəd hesab edir. Çünki komandanın əsas qapıçısı Ceronimo Rulli Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul”la cavab oyununda (2:3) xeyli səhvlərlə yadda qalıb.

Qeyd edək ki, Arrizabalaqa bu mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb, iki dəfə qapısını toxunulmaz saxlayıb.

ETOPAZ

Əvvəlki yazı

Rodriqo Çempionlar Liqası tarixinə düşdü

Növbəti yazı

Olimpiya çempionu karyerasını başa vurdu