Olimpiya çempionu karyerasını başa vurdu
Olimpiya çempionu Mark Lopez Madriddə keçirilən cütlük turnirinin ikinci turunda məğlub olub. O, Karlos Alkarasla cütlükdə Uelsi Koolhof və Nil Skupskiyə (3:6, 6:3, 7-10) uduzub.
Bu görüşdən sonra o, karyerasını başa vurub. 39 yaşlı Lopez cütlük yarışlarında sabiq dünya üçüncüsüdür.
O, 2016-cı il “Rolan Qarros” və 2016-cı il Olimpiadası da daxil olmaqla 14 cütlük turnirinin çempionudur. Mark Rafael Nadalla Rioda qızıl medal qazanıb.