Villaş-Boaş “Beşiktaş”ın təklifini qəbul etmədi

Villaş-Boaş “Beşiktaş”ın təklifini qəbul etmədi

Andre Villaş-Boaş “Beşiktaş”ı çalışdırmaqdan imtina edib. Türkiyə klubu “Çelsi”nin sabiq baş məşqçisinə təklif göndərsə də, portuqaliyalı mütəxəssis bu vəzifəni tutmağa razı olmayıb.

44 yaşlı mütəxəssisi İstanbul təmsilçisinin layihəsi qane etməyib. Sərgən Yalçını istefaya göndərən “Beşiktaş” digər namizədlər arasında seçim etməli olacaq.

ETOPAZ

Əvvəlki yazı

Samuel Eto’O federasiya prezidenti seçildi

Növbəti yazı

Sterlinqdən 100-cü qol