Vertongen “Beşiktaş”ın gündəmində

Vertongen “Beşiktaş”ın gündəmində

Belçika millisinin futbolçusu Yan Vertongen Türkiyəyə köçə bilər. “Beşiktaş” təcrübəli müdafiəçinin xidmətində maraqlıdır.

Gələn mövsümdən yeni baş məşqçinin rəhbərliyi altında 3-lü mərkəz müdafiə sistemində çıxış edəcək İstanbul təmsilçisi Vertongeni bu sxemin lideri qismində görür. Bu üzdən “Benfika”nın 35 yaşlı oyunçusu ilə danışıqlara başlanılıb. Portuqaliya klubu onun gedişinə icazə versə, “ağ-qaralar” müqavilə imzalamağa çalışacaq.

Qeyd edək ki, Yan Vertongenin “Benfika” ilə anlaşması gələn ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Günün kuponu – 03.04.2022

Növbəti yazı

“Qalatasaray”ın futbolçusuna İtaliyadan təklif