Verrattiyə ilk müştəri

Verrattiyə ilk müştəri

PSJ-dən ayrılmaq istəyən Marko Verrattini heyətində görmək istəyən ilk klub müəyyənləşib. İtaliyalı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

İngiltərə klubu futbolçunu yayda transfer etmək istəyir. Baş məşqçi Erik Ten Haq Markonun oyununu bəyəndiyindən komandasında görmək istəyir.

Niderlandlı onun meydanın mərkəzində Kzemiro ilə ideal cütlük təşkil edəcəyini düşünür.

ETOPAZ

Əvvəlki yazı

“Səbail” son pillədən qurtuldu

Növbəti yazı

“Denver”də yeni rekord