“Denver”də yeni rekord

“Denver”də yeni rekord

“Denver” pley-offun ikinci raundunun 4-cü matçında “Finiks”lə görüşüb. “Naqqets” 124:129 hesabı ilə uduzub. Seriyada hesabda tarazlıq yaranıb – 2:2.

Nikola Yokiç 53 xal toplasa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Lakin basketbolçu klub tarixinə düşüb.

O, “Denver”in heyətində pley-off matçında ən çox xal toplayan basketbolçu olub. Nikola bu qarşılaşmada 4 xal, 11 ötürmə və 1 blok-şota da imza atıb.

Nikolaya qədər rekord Camal Mürreyə məxsus idi. O, iki dəfə 50 xal toplamağı bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Verrattiyə ilk müştəri

Növbəti yazı

“Turan Tovuz” və Runidən ilklər