Günün kuponu – 14.05.2024
Tottenhem – Mançester Siti 2
Çempionluq uğrunda yarışan “Mançester Siti”nin xal itirmək limiti yoxdur. Əsas rəqib “Arsenal”ın son oyunda “Mançester Yunayted”i məğlub etdiyini nəzərə alsaq, “Siti” liderliyi ələ keçirmək üçün mütləq təxirə salınmış bu oyunda qalib gəlməyə çalışacaq.
Koritiba – Quarani Kampinas 1
Braziliya B Seriyasının iddialılarından olan “Koritiba” mövsümə yaxşı başlasa da, son 2 turda məğlub olub. Onlar bunun əvəzini “Quarani” ilə matçda çıxmağa çalışacaqlar. Doğma azarkeşləri önündə “Koritiba”nın rahat qələbə qazanacağını düşünürəm.
Samtredia – Dinamo Tbilisi 2
Aşkar autsayderlə görüşdə “Dinamo Tbilisi” çətinlik çəkməməlidir. “Dinamo” hazırda 5-cidir. Amma nəzərə almaq lazımdır ki, Gürcüstan liqasında mövsüm yeni başlayıb və cəmi 13 tur oynanılıb. “Dinamo” avrokuboklar uğrunda mübarizə aparır və onlar bunun üçün “Samtredia” kimi rəqiblərlə oyunlarda xal itirməməlidir. Düşünürəm ki, bu görüşdə sürpriz olmayacaq və qonaqlar rahat qələbə qazanacaqlar.