“Səbail” son pillədən qurtuldu

“Səbail” son pillədən qurtuldu

Azərbaycan Premyer Liqasında 33-cü turun 3-cü günü başa çatıb. İkinci qarşılaşma Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı təmsilçisi “Səbail”i qəbul edib. Meydan sahibləri ilk yarıda Todor Todoroskinin qolu ilə hesabı açıb.

Premyer Liqada qalmaq üçün mübarizə aparan çempionatın autsayderi oyunda dönüş yarada bilib. Öncə Matiya Lyuyiç dubla imza atıb, ardınca Franko Mazurek “Səbail”in üçüncü qolunu vurub.

3:1 hesablı əzmkar qələbə qazanan Bakı klubu sonuncu pilləni tərk edib.

Qeyd edək ki, tura sabah baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

1Qarabağ32256181-2281
2Sabah33245471-2377
3Neftçi33187858-3661
4Qəbələ321391045-4148
5Zirə331291241-4545
6Turan Tovuz33981631-4335
7Kəpəz336111631-5729
8Sumqayıt33771924-6228
9Səbail33672029-5725
10Şamaxı334111825-5023

Bombardirlər:
Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Ramil Şeydayev (“Qarabağ”) – 19 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Emin Mahmudov (“Neftçi”) – 16 qol
Aleksey Kaşuk (“Sabah”) – 16 qol

ETOPAZ

Əvvəlki yazı

“Barselona” Torresi icarəyə göndərir

Növbəti yazı

Verrattiyə ilk müştəri