“US Open”də yeni rekord

“US Open”də yeni rekord

ABŞ tennisçisi Frensis Tiafu “US Open”də rekorda imza atıb. O, yarımfinalda Karlos Alkarasa uduzub – 7:6, 3:6, 1:6, 7:6, 3:6.

Tiafu turnirin gedişində 8 dəfə tay-brek oynayıb. O, bunların hamısında qələbə qazanıb. Bu da “US Open”də yeni rekorddur.

İndiyədək üç tennisçi turnirdə 7 tay-brekdə qalib gəlib. Yunis El-Aynaui 2003-cü, Miloş Raoniç 2014-cü illərdə 8 tay-brekdə 7 dəfə qələbə qazanıb. Pit Sampras 2000-ci ildə 7, 2001-ci ildə 10 dəfə həlledici set oynayaraq yeddisində üstün olub.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo “200”ə çatdı

Növbəti yazı

Adetokumbo qayıdır