Upamekano 2-3 həftə oynamayacaq

Upamekano 2-3 həftə oynamayacaq

“Bavariya” itki ilə üzləşib. Münhen klubunun futbolçusu Dayot Upamekano 2-3 həftəlik sıradan çıxıb.
Bu, onun müayinəsindən sonra bəlli olub. Dayot sol ayağından xəsarət alıb. 24 yaşlı fransalı Bundeslqanın VII turunun “Frayburq”la qarşılaşmasında (3:0) zədə üzündən əvəzlənib.
Upamekano Fransa yığmasının oktyabrda keçiriləcək oyunlarından da kənar qalıb.

ETOPAZ

Əvvəlki yazı

Yamal millinin düşərgəsini tərk etdi

Növbəti yazı

“Qarabağ” dünya reytinqində irəlilədi